10 C
Baku
Thursday, December 26, 2024

“ByteDance” $300 mlrd. dəyərlə Çinin ən bahalı İT şirkəti ola bilər

“ByteDance” şirkəti 300 milyard dollar qiymətləndirmə ilə texnologiya sektorunda ən dəyərli Çin şirkəti ola bilər. “The Wall Street Journal” yazır ki, “TikTok”un sahibi olan “ByteDance” investorlara biri 180.7 dollar qiymətinə səhmlərin geri alınması proqramı təklifi ilə müraciət edib.

Bu, “ByteDance”ın son iki ildə üçüncü geri alışıdır. Səhmlərin geri alışı nəticəsində “ByteDance”ın kapitallaşması davamlı olaraq artıb. Şirkət keçən ilin oktyabrında 225 milyard dollar qiymətləndirilirdisə, həmin ilin dekabrına qədər 268 milyarda yüksəlib və indi 300 milyard dollar həddini keçməyə yaxındır.

Daha əvvəl ABŞ-də Çin sosial şəbəkəsinin qadağan edilməsi ideyasını dəstəkləyən Donald Tramp bu yaxınlarda öz nöqteyi-nəzərini dəyişib və bu cür tədbirləri pis fikir adlandırıb. ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş baş müşaviri Glenn Gerstell “Bloomberg”ə müsahibəsində bildirib ki, Donald Trampın ABŞ seçkilərində qələbəsi “TikTok” qadağasının ləğvini problemli etsə də, ümumilikdə bu sosial şəbəkənin vəziyyətini xeyli yaxşılaşdırır.

Son xəbərlər
Digər xəbərlər