“TikTok”un məxsus olduğu “ByteDance” şirkəti ikincil bazarda 250 milyard dollar dəyərində qiymətləndirilib.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” yazıb. Beləliklə, şirkətin dəyəri Amerikanın neft və qaz korporasiyası “Exxon Mobil” (kapitallaşması 240.29 milyard dollardır) və “Coca-Cola”nın dəyərindən (229.06 milyard dollar) yüksəkdir.
Qeyd edək ki, son maliyyələşdirmə raundunda “ByteDance” 140 milyard dollar dəyərində qiymətləndirilib. Tən həftə şirkət “Xiaomi”nin beynəlxalq şöbəsinin keçmiş prezidenti Chu Chou Tzunu maliyyə direktoru vəzifəsinə təyin edib ki, bu da mümkün IPO haqqında şayiələrin yayılmasına səbəb olub.
2020-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp “TikTok”u milli təhlükəsizliyə təhdid adı ilə blok etmişdir. İşini davam etdirmək üçün “ByteDance” Amerikadakı aktivlərini “Oracle” və “Walmart” a satmağa razı olmuşdur. Lakin Trampın gedişindən sonra “TikTok”un sahibi planlarından imtina etdiyini açıqlayıb, yeni prezident Co Bayden isə istifadəçi məlumatlarının təhlükəsizlik risklərini yenidən qiymətləndirəcəyini bildirib. Nəticədə “ByteDance” ABŞ-ın bəzi “TikTok” istifadəçilərinin gizliliyinin pozulduğuna dair məhkəmə iddiasında 92 milyon dollar ödəməyə razılaşıb.