9 C
Baku
Friday, December 27, 2024

Bəşəriyyətin ən dahi riyaziyyatçıları kimlər olub?

Riyaziyyatı çox vaxt bəşəriyyətin dili adlandırırlar. O bizim dünyanı və cəmiyyətimizi anlamaq üçün vacibdir.

Pifaqor

1781

Yunan riyaziyyatçısı olan Pifaqor ən dahi insanlardan biri hesab edilir. O bizim eradan əvvəl 570-495-ci illərdə Yunanıstanda yaşayıb. O Pifaqor məktəbinin yaradıcısı kimi məşhurdur. Onun adı həmçinin triqonometriyada məşhur teorem ilə də bağlıdır. Lakin bir çox mənbələr bu teoremi məhz onun isbat etməsi ilə bağlı şübhələrini bildirmişlər. Bununla yanaşı, Pifaqor teoremi müasir ölçmələrdə və texnoloji avadanlıqlarda mühüm rol oynayır. Pifaqoru hətta müasir riyaziyyatın banisi adlandırmaq olar.

Andrew Wiles

1782

Bu siyahıya daxil olan dahilərdən yeganə insandır ki, hələ də yaşayır. Andrew Wiles Ferm-in sonuncu teoremini isbat etmiş bir şəxs kimi məşhurdur. O teoremin həllini tapmaq üçün 7 il ərzində özünü 4 divar arxasına həbs etmişdi. O biləndə ki, tapdığı həll düzgün deyil, daha bir il də 4 divar arasına çəkilmişdi.

İsaak Nyuton və Vilhelm Leybniç

1783

Bu hər iki dahi riyaziyyat elminin inkişafına eyni səviyyədə töhfə bəxş etmişlər. Onların hər ikisi riyaziyyatda hesablamanın inteqral və differensial təhlilini yaratmışlar.

Leonardo Pizanskiy

1784

O orta əsrlərin dahi riyaziyyatçılarından biridir. Müasir mühasibat sistemini və ümulilikdə maliyyə hesablanmalarını ərəb rəqəmləri olmadan təsəvvür etmək çətindir. Məhz Leonarda Pizanskiy Avropada ilk dəfə bunlardan istifadə etmişdir.

Alan Turing

1785

Alan Turing 20-ci əsrin dahi insanlarından biridir. O ikinci dünya müharibəsi zamanı çoxsaylı kəşflər etmiş və almanların şifrələnmiş ismarıclarının kodlarının açılması metodunu yaratmışdı. O həmçinin kompüterlə işləmiş ilk əsl alimlərdən biri hesab edilir.

Rene Dekart

1786

Fransız filosof, fizik və riyaziyyatçı Rene Dekart öz radikal təxmin metodu ilə məşhurdur. Bununla yanaşı, bu alim riyaziyyata böyük töhfələr vermişdir. Rene Dekart Nyuton və Leybniç ilə birgə müasir hesablama sistemini yaratmışdır.

Evklid

1787

Evklid həndəsənin banisi hesab edilir. Onun ən dahiyanə zəhməti isə elementlər idi. Evklid bir çoxsaylı teoremləri və hipotezləri isbat etmişdir.

Bernhard Riemann

1788

Bu alim 19-cu əsrin görkəmli riyaziyyatçılarından biridir. O həndəsəyə bir çox töhfələr bəxş etmişdir. Bir çox teoremlər isə onun adını daşıyır. Riemann hipotezi minilliyin ən çətin 7 tapşırığı siyahısına daxildir və Clay riyaziyyat institutu bu tapşırıqların hər birini həll edə biləcək şəxsə 1 milyon ABŞ dolları ödəyəcək.

Carl Friedrich Gauss

1789

O riyaziyyatın kralı hesab edilir. Bir çoxları Gauss-u inanılmaz əqli imkanları sayəsində tanıyır. O uşaq olarkən saniyələr ərzində 1-dən 100-ə qədər olan rəqəmlərin cəmini hesablaya bilirdi. Onun adı riyaziyyatın demək olar ki, bütün sahələrindəki əsaslı araşdırmalar ilə bağlıdır: cəbr, riyazi təhlil, kompleks funksiya nəzəriyyəsi, ehtimal nəzəriyyəsi, həmçinin astronomiya, geodeziya və mexanika.

Leonhard Euler

1790

O bəşəriyyət tarixinin ən dahi riyaziyyatçılarından biri hesab olunur. Euler riyaziyyat, mexanika, fizika, astronomiya və bir sıra tətbiqi elmlərə bir sıra yeniliklər gətirmişdir. Euler ilk dəfə olaraq təhlili, cəbri, triqonometriyanı, rəqəm nəzəriyyəsini və digər dissiplinləri vahid bir sistemdə birləşdirmişdir. Riyaziyyatın əhəmiyyətli hissəsi o zamandan bəri Eulerə əsasən tədris edilir.

Son xəbərlər
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.