Sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və ya könüllü şəkildə cəbhəyə getmiş hərbçilərə aylıq 360 manat pul veriləcək.
Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
O, bildirib ki, hər bir hərbçi 3 aylıq 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb”. O bildirib ki, bu, hər bir hərbçiyə şamil olunacaq.