Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq

Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

Bunu açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək:

“Eyni zamanda Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.