17 C
Baku
Saturday, May 18, 2024

Cəbrayılın yenidən qurulması zamanı rayon ictimaiyyətinin fikirləri nəzərə alınacaq

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev yanvarın 12-də Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Xüsusi Nümayəndəlikdən verilən xəbərə görə, Cəbrayıl RİH-də baş tutmuş görüşdə Cəbrayıl RİH-in Başçısı Kamal Həsənov, Cəbrayıl rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərin önəmindən söz açan Vahid Hacıyev, Prezidentin xüsusi nümayəndəliyin missiyası, ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıqlar haqqında görüş iştirakçılarına məlumat verib.

Prezidentin xüsusi nümayəndəsi, həmçinin hal-hazırda Cəbrayıl rayonunda aparılan tikinti-quruculuq işlərindən, planlaşdırılan layihələr, tikiləcək kəndlər, infrastruktur layihələri haqqında Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələrinə ətraflı danışıb.

Sonda Cəbrayıl rayonu ziyalıları rayonun gələcək inkişafı üçün öz fikirlərini Prezidentin xüsusi nümayəndəsi ilə bölüşüblər. Öz növbəsində, Vahid Hacıyev rayonun yenidən qurulması zamanı rayon ictimaiyyətinin nümayəndələrin dəyərli fikirlərinin mütləq nəzərə alınacağını vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər