21 C
Baku
Tuesday, April 16, 2024

Cəfəngiyyat hesab edilən həqiqətlər

Reallıq bir çox hallarda ən güclü fantastikanı xatırlada bilər. Lakin faktlar fakt olaraq qalır və danılmazdır:

  • Kosmosda mövcud olan ulduzların sayı bütün Yer kürəsinin çimərliklərində olan qum sayından çoxdur.
  • Hazırda istifadə etdiyiniz suyu hələ dinozavrların istifadə etməsi ehtimalı 100%-ə bərabərdir.
  • Biz hər iki dəqiqədə bəşəriyyətin bütün 19-cu əsr boyu çəkdirdiyi şəkillərdən daha çox şəkil çəkdiririk.
  • Kleopatra Nəhəng Piramidanın inşasından daha çox iPhone-un ixtira edilməsi zamanına yaxın olmuşdur.
  • Rusiyanın sahib olduğu ərazi Plutonun bütün səthindən böyükdür.
  • Barbie gəlinciyinin tam adı – Barbara Millisent Roberts-dir.
  • Kök 17-ci əsrə qədər bənövşəyi rəngə sahib olub.
  • Mavi balinanın ürəyi o qədər böyükdür ki, onun arteriya damarından insan rahatlıqla üzüb keçə bilər.
  • Kərgədan Şotlandiyanın milli heyvanı hesab edilir.
  • İnsan və bananın DNT-si 50% oxşardır.
  • Alyaska eyni zamanda ABŞ-ın həm ən şimal, ən qərb və ən şərq ştatıdır.
  • Balın istifadə müddəti yoxdur və o heç vaxt xarab olmur.
  • Saturn və Yupiter planetlərində almaz yağışı yağa bilir.
  • Bir stəkan suda olan atom sayı, Yer kürəsinin bütün okeanlarında olan stəkan su sayından çoxdur.

Son xəbərlər
Digər xəbərlər