19 C
Baku
Sunday, May 19, 2024

Cəlilabadda mağazadan 30 min manat pul oğurlanıb

Cəlilabad Rayon Polis Şöbəsinə 2021-ci ilin iyun ayından cari ilin iyun ayınadək olan müddətdə şəhər ərazisindəki mağazaların birindən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Banker.az bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş C.Mustafayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər