15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Cəmi 100 mln. manat?

faizlere

Azərbaycan Mərkəzi Bankı bu gün BFB-da keçirləcək qısa-müddətli not hərracına 100 mln. manatlıq vəsait cəlb etməyi planlayır.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadla xəbər verir.

Bundan öncəki, iyunun 1-də keçilən hərracda eyni şərtlərlə emisiya etdiyi hərracları birjaya çıxarmaqla ümumilikdə 200 mln. manat cəlb etməyi planlamışdı. Lakin, 12 investor (bank) tərəfindən 21 sifariş qəbul edildiyi məlum olmuşdu. Tələbin 525.94 mln. manat olduğu müşahidə edilmişdi.

Lakin, Mərkəzi Bank notlarına olan bu tələbin kəskin şəkildə artımına rəğmən, hərracda vəait cəlbini 2 dəfə azalıdıb.

Ölkədə pandemiya səbəbindən kreditləşmədəki zəifləmə fonunda yerli kredit təşkilatları AMB-nin qısa-müddətli notlarını (28 gün) və depozit (14 gün) yatırımlar etməklə faiz öhdəliklərini qısmən qarşılamağı sığortalaylırlar.

Çünki bankların maliyyə institutları və fiziki şəxslər qarşısında faiz öhdəlikləri var. Onlar bunu ödəməlidirlər.

Notların hərracda iki qat azaldılması ola bilər ki,, tənzimləyicinin də iki həftəlik bu maliyyə alətini istifadə etməkə üzərinə əlavə faiz ödənişi öhtəliyini böyütmək istəməməsinə görədir.

Sonuncu hərracda AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Maliyyə Nazirliyinin istiqrazları son günlərdə nominal dəyərindən (100 AZN) yuxarı qiymətdə satılsa da, Mərkəzi Bankda hətta 50 qəpiklik ucuz investorlar tərəfindən alınır.

Bildirək ki, iyun ayında BFB-də 4 hərrac keçirilib və 648.27 min ədəd not ticarət olunub.  Notların iyun ayının sonlarında 99.4966 manata kimi bahalaşmışdı.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər