5 C
Baku
Monday, December 30, 2024

“Cənub Qaz Dəhlizi”nin qaz nəqlindən əldə etdiyi gəlir açıqlanıb

“Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) 2022-ci ildə qaz satışından əldə etdiyi gəliri 887 milyon dollar olub ki, bu da illik müqayisədə 2.3 dəfə artım deməkdir. 2021-ci ildə QSC qaz satışından 383 milyon dollar gəlir əldə etmişdir.

Banker.az bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il SGC-nin xam neftin satışından gəliri 182 milyon dollar (əvvəlki ilə nisbətən 35% çox), qaz nəqlindən gəliri 1 milyard 581 milyon dollar (27% çox) təşkil edib.

Prezident 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə SGC yaradılması haqqında sərəncam imzalayıb. SGC İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb. Şirkətin 2 mlrd. 415.8 mln. manat nizamnamə kapitalı var.

 

 

Son xəbərlər
Digər xəbərlər