19.2 C
Baku
Sunday, September 25, 2022

Cənubi Afrikadan Avropaya kömür ixracı səkkiz dəfə artıb

Cənubi Afrika Respublikasından (CAR) Avropaya kömür ixracının həcmi bu ilin birinci yarısında ötən ilin analoji dövrü ilə müqayisədə səkkiz dəfə artıb.

Bu barədə SABC teleradio korporasıyası Cənubi Afrikanın energetika kömürü ixracatçısı Thungela Resources kompaniyasına istinadla məlumat yayıb. Məlumata görə, Almaniya, Danimarka, İtaliya, Niderland, Ukrayna və Fransa CAR-dan kömür idxal edən Avropa ölkələri arasında artım tempinə görə liderlərdir. 2021-ci ildə Almaniya, İspaniya və Polşa Cənubi Afrika Respublikasından ümumiyyətlə kömür almamışdı və idxala bu ilin fevralından başlayıblar.

2022-ci ilin ilk beş ayında Cənubi Afrika kompaniyaları Avropaya 3.2 milyon ton kömür göndərib.

SABC qeyd edir ki, hazırda dünya bazarında CAR kömürü üçün Avropa və Asiya istehlakçıları arasında gərgin rəqabət gedir.

MənbəAzertac
Son xəbərlər
Oxşar xəbərlər