26 C
Baku
Saturday, July 27, 2024

Cənubi Karolinadakı bir qəhvə evinin hekayəsi

Müəllif: Kənan Kərimzadə

Kevin Spacey-nin “Pay it Forward” filmini yəqin ki izləmisiniz, filmin əsas məğzi odur ki, bir adam 3 digərinə yaxşılıq edir, həmin adamlar da öz növbəsində digər 3 nəfərə həmin yaxşılığı qaytarırlar və beləcə bir nəfər dünyanı dəyişə bilir. Filmlərdə çox romantik və real görünsə də, həyatda belə hadisələrin az-az baş verdiyi qənaətində oluruq. Hətta filmdə bir səhnədə adam yeni Jaguar maşınını digərinə pay verir. Bu dəfə Cənubi Karolina ştatında cərəyan edən buna bənsəz bir əhvalatı sizinlə paylaşmaq istəyirəm.

Hadisələr kiçik bir kafedə baş verir. Corner Perk deyilən ərazidə bir qadın öz qəhvəsinin hesabını ödəyir və $100 əlavə pul qoyur və deyir ki, “məndən sonra kim nə içəcəksə bu hesabdan çıxarsınız, pul qurtarana kimi”. İşçi heyəti qadının istəyini yerinə yetirir. Hər iki-üç aydan bir qadın yenə bu tipli ianələr edir.

Qəhvə içməyə gələn adamlar kiminsə onların hesabını artıq ödəmiş olduğundan çox heyrətlənirlər. Dükanın sahibi yerli qəzetlərə bu barədə danışır. Beləcə 12,000 adamın yaşadığı kiçik qəsəbədə bu hekayə dillərdə dolaşır. Hazırda bir çox adamlar bu mədəniyyəti həmin məkanda davam etdirir və digərlərinin pulsuz qəhvə içməsi üçün hər dəfə böyük məbləğdə pul qoyurlar. Bəziləri isə gəlib sadəcə ianə edirlər, heç nə almadan. Orta həcmli bir qəhvənin qiyməti həmin dükanda $1.95. Bu, bəlkə də çox böyük məbləğ deyil, amma adamlar edilən yaxşılığı heç vaxt unutmurlar. Yəni yaxşılıq etmək lazımdır, əvəzsiz, əvəzini vermək istəyənlərə də deyirsən ki, bu yaxşılığı digəri üçün et, yəni “pay it forward”. Ətraf da beləcə gözəlləşir.

Son xəbərlər
Digər xəbərlər