36 C
Baku
Wednesday, August 17, 2022

Cənubi Koreya, ABŞ və Yaponiya Havayda raket əleyhinə təlimlər keçirəcəklər

Koreya Respublikası, ABŞ və Yaponiya hərbçiləri avqustda ABŞ-ın Havay ştatı yaxınlığındakı sularda raketlərin axtarışı və izlənməsi üçün birgə təlimlər təşkil etməyi planlaşdırırlar.

İki ildən bir keçirilən “Pacific Dragon” manevrləri avqustun 1-dən 14-dək olan dövr üçün nəzərdə tutulub.

Vaşinqton, Seul və Tokio KXDR-in çoxsaylı raket buraxılışları və Pxenyanın nüvə sınaqlarının mümkünlüyü ilə bağlı öz bəyanatları fonunda təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməkdə maraqlıdırlar.

Üç dövlətin müdafiə nazirləri keçən həftə Sinqapurda təhlükəsizlik konfransı çərçivəsində bir araya gəlib və bu cür təlimlərin davamlı olaraq keçirilməsinə razılaşıblar.

Bu il Avstraliya və Kanadanın da iştirakı istisna edilmir. Koreya Respublikası, ABŞ və Yaponiya hərbçiləri ilin ikinci yarısında raket buraxılışı xəbərdarlığı sisteminin hərəkətlərini də işləyəcəklər.

İyunun 29-dan avqustun 4-dək üç ölkənin gəmilərinin iştirakı ilə RIMPAC (Rim of the Pacific – “Sakit okean halqası”) dəniz manevrləri keçiriləcək.

MənbəOxu.az
Son xəbərlər
Oxşar xəbərlər