17 C
Baku
Şənbə, May 28, 2022

Cənubi Koreya strateji məhsulların Rusiyaya ixracını dayandırır

Cənubi Koreya strateji məhsulların Rusiyaya ixracına qadağa qoyacaq və bəzi Rusiya banklarını SWIFT beynəlxalq ödəniş sistemində bloklamaq üçün Qərb ölkələrinin sanksiyalarına qoşulacaq.

Bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ixracına qadağa qoyulacaq və ya xüsusi nəzarət ediləcək strateji malların siyahısına elektronika, yarımkeçiricilər, kompüterlər, informasiya və rabitə vasitələri, sensorlar və lazerlər, naviqasiya, dəniz və aerokosmik avadanlıqları daxildir.

Bu gün Cənubi Koreyanın aparıcı iki bankı bildirib ki, SWIFT-dən xüsusi təlimat almadıqlarına baxmayaraq, ən azı yeddi Rusiya bankı ilə ticarətin maliyyələşdirilməsini dayandırıblar. Onlardan biri – “Shinhan Bank”ı “Promsvyazbank”, VEB, VTB, “Bank Otkrıtiye”, “Novikombank”, “Sovkombank” və “Sberbank”la akkreditiv və digər ticarət maliyyələşdirmələrini dayandırdıqları haqqında məlumat yayıb.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər