22 C
Baku
Friday, July 4, 2025

Cənubi Koreya tənzimləyicisi “Google”u $177 mln. cərimələyib

Cənubi Koreyanın antiinhisar tənzimləyicisi mobil əməliyyat sistemi bazarında rəqabəti məhdudlaşdırmaq üçün hakim mövqeyindən sui-istifadə edən “Google”u 207.4 milyard von (176.8 milyon dollar) cərimələyib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Tənzimləyiciyə görə, “Google” smartfon istehsalçılarından cihazlarında “Android” əməliyyat sisteminin yenilənmiş versiyalarını quraşdıra bilməyəcəklər barədə müqavilə bağlamağı tələb edib və bununla bazar rəqabətinə mane olub.

Xatırladaq ki, daha əvvəl komissiya (KFTC) “Google”un yerli smartfon istehsalçılarına başqa əməliyyat sistemlərindən istifadə etməsinə qadağa qoyması iddiasını araşdırıb.

Bu ayın əvvəlində Cənubi Koreya parlamenti “Google” kimi böyük tətbiq mağazası operatorlarının proqram təminatçılarını ödəniş sistemlərindən istifadə etməyə məcbur etməsini və tətbiqdaxili alışar üçün haqq almalarını qadağan edən qanun qəbul edib.

“Google” öz növbəsində bu məsələyə şərh verməkdən imtina edib.

Son xəbərlər
Digər xəbərlər