26 C
Baku
Tuesday, July 23, 2024

Cənubi Koreya yeni HHM sistemini sınaqdan keçirib

Cənubi Koreya 150 km-ə qədər məsafədə təyyarələri və ballistik raketləri məhv etmək üçün nəzərdə tutulmuş L-SAM (Long-range Surface-to-Air Missile) müdafiə sisteminin sınaqlarını uğurla başa çatdırıb.

Bu barədə “The Drive” məlumat yayıb.

Nəşrin məlumatına görə, sistem bir neçə hədəfi uğurla vurub. Sınaqlar Şimali Koreyanın bir gündə 23 raket buraxmasından üç həftə sonra həyata keçirilib.

Nəşr qeyd edir ki, M-SAM orta mənzilli hava hücumundan müdafiə sistemi ilə birlikdə L-SAM Cənubi Koreyanın hava hücumundan müdafiə sistemini təşkil edir.

Bu sistem ölkəni Şimali Koreya raketlərindən qorumağa qadirdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər