26 C
Baku
Thursday, June 20, 2024

Cənubi Koreyada 11 kriptobirja bağlanıb

Cənubi Koreyada saxta hesablardan istifadə edən 11 kriptobirja bağlanıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“The Korea Herald”ın verdiyi məlumata görə, bu birjaların fəaliyyəti qanunsuz əməliyyatların aşkarlanması səbəbindən dayandırılır.

“Bithumb”, “Upbit”, “Coinone” və “Korbit” istisna olmaqla, əksər birjaların bu il qaydalara riayət etmədikləri üçün onlayn olaraq bağlanması gözlənilir. Bir neçə orta səviyyəli birja artıq bağlandığını elan edib.

Məsələn, “Darlbit” iyulun 15-i fəaliyyətini dayandırdığını açıqlayıb, “CPDAX” isə sentyabrın 1-dən bağlanmağı planlaşdırır. Digər birja “Bitsonic” sistemlərini “Telegram” kanalı vasitəsilə yeniləcəyini əsas gətirərək, xidmətin müvəqqəti dayandırıldığını söyləyib.

Cənubi Koreyada olan bütün kriptobirjalar fəaliyyətini davam etdirmək üçün 24 sentyabr tarixinə qədər FSC-nin təsdiqini almalıdırlar. Buna nail olmaq üçün onlar müəyyən qaydalara riayət etməlidirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər