24 C
Baku
Thursday, July 10, 2025

Cənubi Koreyada 60 kriptobirjadan 40-ı bağlanır

Cənubi Koreyada 60 kriptobirjadan 40-ı ölkənin Maliyyə Xidmətləri Komissiyasının (FSC) tələblərinə uyğun gəlmədiyi üçün fəaliyyətini dayandıracaq.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Bildirildiyi kimi, maliyyə tənzimləyicisi kriptovalyuta ticarəti platformalarına 24 sentyabr tarixinə qədər lisenziya almağı, istifadəçilərin məcburi identifikasiyasını tətbiq etməyi və Koreya banklarından birində hesabın olması barədə məlumat verməyi göstəriş edib.

Hal-hazırda yalnız 20 kriptobirja bu tələbləri yerinə yetirməyi bacarıb. Onlar sırasına “Bithumb”, “Upbit”, “Korbit” və “Coinone” daxil olub.

“Biz kiçik birjalarda ticarətin dayandırılması və aktivlərin dondurulması səbəbindən investorların böyük itki verəcəyini təxmin edirik. Müştərilərin qorunması bu cür platformalar üçün prioritet olacağı ehtimalı azdır”, – deyə mesajda bildirilir.

Qeyd edək ki, “FSC”nin tələbləri Cənubi Koreya sakinlərinə xidmət göstərən xarici kriptobirjalara da şamil olunur. Məsələn, avqust ayında “Binance” müştərilərinə Koreya vonundan istifadə etməyi qadağan edib. Məhdudiyyətlər həmçinin ticarət, P2P əməliyyatlar və depozit ödənişlərə təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər