27 C
Baku
Saturday, July 27, 2024

Cənubi Koreyada koronavirusun üçüncü dalğası başladı

Cənubi Koreyanın paytaxtı olan Seul şəhərində koronavirusun üçüncü dalğası başlayıb.

Banker.az xəbər verir ki, bu barədə “The Korea Herald” yazıb.

“Biz hesab edirik ki, hal-hazırda Seul rayonunda koronavirusun üçüncü dalğası davam edir, oxşar vəziyyət fevral-mart və avqust aylarında qeydə alınıb”, – deyə brifinqdə bildirilib.

Qeyd edək ki, Cənubi Koreyada ardıcıl olaraq bir neçə gündür ki, 300-dən çox yoluxma qeydə alınır. Bu, indiyədək müşahidə edilən maksimum göstəricidir. Bununla mübarizə aparmaq üçün ölkədə beş pilləli sosial məsafə sistemi tətbiq olunur. Eyni zamanda çox sayda insanın ziyarət etdiyi obyektləri fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər