12 C
Baku
Sunday, October 27, 2024

Cənubi Koreyanın “SsangYong Motor” şirkəti özünü müflis elan edib

Cənubi Koreyanın avtomobil istehsalçısı “SsangYong Motor” vaxtı keçmiş borcları 285 milyon dollara çatıb (315,3 milyard von).

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Bazar ertəsi günü şirkət özünü müflis elan edib. Bu barədə rəsmi mənbələrə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Cənubi Koreya şirkətinin borcu kapitalının 42%-ni təşkil edir. O, “JP Morgan” kimi xarici investorlara 90 milyon dollar (100 milyon von), “Woori Bank” və Koreya İnkişaf Bankına 194 milyon dollar (215 milyard von) borcu var.

“SsangYong Motor” iflas prosedurunun başlaması üçün ərizə verib, çünki xarici banklara olan borcun təxirə salınması ilə bağlı razılığa gələ bilməyib. Bu barədə Cənubi Koreya korporasiyasının bəyanatında deyilir.

Son xəbərlər
Digər xəbərlər