10 C
Baku
Tuesday, November 26, 2024

Cəbəllüttariqə şəhər statusu verilib

Böyük Britaniyanın Pireney yarımadasının cənubundakı dənizaşırı ərazisi olan Cəbəllüttariq rəsmi şəkildə şəhər adlandırılmağa başlayıb.

Bu barədə Britaniya mətbuatı yazır.

Qeyd olunur ki, bu il ölkədə kraliça II Yelizavetanın hakimiyyətinin 70 illik yubileyi ilə əlaqədar Cəbəllüttariq də daxil olmaqla 39 yaşayış məntəqəsi şəhər statusu almaq üçün müraciət edib.

Britaniya Dövlət Arxivində araşdırmalar aparılandan sonra məlum olub ki, Cəbəllüttariqə 1842-ci ildə şəhər statusu verilsə də, bu fakt bu günədək rəsmi şəkildə qəbul edilməyib. Bir neçə gün əvvəl dərc olunmuş siyahıda bu bölgəyə şəhər adı verildiyi təsdiqlənib.

Qeyd edək ki, Cəbəllüttariq 1713-cü ildə İspaniya ilə müharibə nəticəsində Böyük Britaniyanın nəzarətinə keçib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər