-3 C
Baku
Sunday, December 15, 2024

Cəbrayıl rayonu üçün 1.3 milyon manat xərclənəcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC ilə 1.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 320 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər