“Azərişıq” ASC “Şans Construction” MMC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl şəhəri ərazisində yeni 35/0,4 kV-luq “Cəbrayıl” Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 5 948 882 manatdır.
Xatırladaq ki, Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayılda “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.