Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Minera” MMC ilə təxminən 14 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 85 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 13 506 951 AZN təşkil edir.