6 C
Baku
Thursday, February 12, 2026

Cəbrayılda 635 ailənin qaz təchizatı üçün 3.5 milyon manat xərclənəcək

Şükürbəyli kəndində 635 ailənin qaz təchizatı üçün 3,5 milyon manatdan çox vəsait ayrıldı.

Banker.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Cəbrayıl rayonunun Şükürbəyli kəndində həyata keçirilən infrastruktur layihəsi çərçivəsində sahədaxili və evlərin qaz təchizatı işlərinin satınalınması başa çatıb.

Keçirilmiş prosedurun nəticəsinə əsasən, layihənin icrası “Tunel-Metro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Layihə 1042 ailəlik kənd yaşayış məntəqəsini əhatə edir. İşlər birinci mərhələdə 635 ailəni əhatə edəcək. Qaz xətlərinin çəkilməsi, sahədaxili şəbəkənin qurulması və fərdi evlərin qaz təchizatı sisteminə qoşulması nəzərdə tutulur.

Müqavilənin ümumi dəyəri 3.539.705 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər