Keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq.
Bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Qarabağ və Şəri Zəngəzur yaşıl enerji zonasıdır, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir:
“Bu istiqamətdə böyük işlər aparılır. Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək”.