Bu ilin aprel ayından başlayaraq Cəbrayıl şəhərinin inzibati ərazisində, 7,87 hektar ərazidə inşa edilən yaşayış kompleksi 6 məhəllədən – 33 binadan ibarət olacaq.
Bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib.
Məlumata görə, binalar 4-5 mərtəbəli, ümumilikdə 712 mənzilli olacaq. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin 2-3 otaqdan ibarət studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulub.
Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşdırılması nəzərdə tutulur.