“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti “Ricon” MMC ilə 2.3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 253 253 AZN təşkil edir.