Cəbrayıl rayonu ərazisindəki Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında yeni rezident qeydə alınıb.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb. Nazir qeyd edib ki, Prestij-Kimya MMC-yə Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidenti statusu verilib.
Yeni rezident dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək.
İnvestisiya dəyəri 4.8 mln. ₼ olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək.