17 C
Baku
Friday, May 3, 2024

Cəbrayılın 3 kəndinin yenidənqurulmasına 5 milyon manat xərclənəcək

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Arxin-M LTD MMC və Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Arxin-M LTD MMC ilə olan müqavilədə Cəbrayıl rayonu,Karxulu kəndinin yenidənqurulması və inşası məqsədilə 250 evin layihələndirmə xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 741 818 manatdır.

Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu ilə bağlanan müqavilə Cəbrayıl rayonu,Sarıcallı kəndinin yenidənqurulması və inşası məqsədilə 350 evin layihələndirilməsi xidmətlərinin satın alınması və Cəbrayıl rayonu, Maşanlı kəndinin yenidən qurulması və inşası məqsədilə 260 evin layihələndirmə xidmətlərinin satın alınmasından ibarətdir. Müqavilələin məbləği isə müvafiq olaraq 1 799 747 manat və 1 358 058 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər