Cəbrayıl rayonunun Maşanlı, Soltanlı, Böyük Mərcanlı və Sarıcalı kəndlərində su təchizatı və kanalizasiya infrastrukturunun qurulması istiqamətində növbəti layihə həyata keçiriləcək.
“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi adıçəkilən kəndlərin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində “Hydro-Geo Environnement Group” MMC ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 5 milyon 297 min manat təşkil edir.







