Cəbrayılda yeni yaşayış məntəqəsinin qaz təchizatı üzrə müsabiqə elan edilib.
Banker.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində aparılacaq mühüm infrastruktur layihəsi üzrə satınalma müsabiqəsi elan edib.
Layihə 1042 ailəlik yeni yaşayış məntəqəsinin (birinci mərhələdə 635 ailəlik) sahədaxili və evlərin qaz təchizatı sisteminin qurulmasını əhatə edir.
Layihə üzrə ehtimal olunan dəyər 4 068 959.78 manat təşkil edir.






