22 C
Baku
Monday, October 7, 2024

Cəlb olunmuş əmanətlər 34 mln manat azaldı

1 oktyabr tarixində regionlar üzrə cəlb olunmuş əmanətlər azalma müşahidə olunub.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda cəlb olunmuş əmanətlər 6 959,7 mln manat təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 34 mln manat azdır.

Son ay ərzində azalma olmasına baxmayaraq, ilin əvvəlindən isə 509 mln manat artıb.

Cəlb olunan əmanətlərin 4 421,1 mln manatı milli valyutada, 2 538,6 mln manatı isə xarici valyutada olub.

Qeyd etmək lazımdır ki, cəlb olunmuş əmanətlərin 93% Bakı şəhərinin payına düşür. Belə ki, təkcə Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlər 6 430 008,7 min manat təşkil edir.

Digər regionlara gəldikdə isə

Abşeron iqtisadi rayonu – 166 209,3 min manat, Aran iqtisadi rayonu- 160 422,1 min manat, Dağlıq Şirvan iqtisadi rayonu – 15 227,7 min manat, Gəncə-Qazax iqtisadi rayonu- 57 350,0 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 20 887,2 min manat, Lənkəran iqtisadi rayonu – 45 075,1 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 23 701,4 min manat, Naxçıvan iqtisadi rayonu – 21 925,2 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər