Cəlilabadın Göytəpə bazarında baş verən yanğın nəticəsində insanlara dəymiş ziyan hesablanır.
Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hesablamalardan sonra müvafiq qərar ilə dəymiş ziyan ödəniləcək.
Nazir müavini şimal regionunda baş verən yanğınların qəsdən törədilməsinə də münasibət bildirib:
“Yanğınların qəsdən törədilib, sonradan o ərazilərin torpaq səhəsi kimi satılması ilə bağlı nəsə deyə bilmərəm. Amma yanğınların 98 faizi insanlar tərəfindən törədilib. Dağlıq ərazilərdə nə yaşayış var, nə elektrik xətti keçir. Zolaq yox, təhlükəsizlik yox. Bunun üzündən də belə yanğınlar baş verir”, – nazir müavini deyib.