9 C
Baku
Monday, November 18, 2024

“Cəlilabad Broyler” 2023-cü ili zərərlə başa vurub

“Cəlilabad Broyler” ASC 2023-cü ili 172 min manat zərərlə başa vurub. 2022-ci ildə broyler şirkəti 60 min manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Cəlilabad Broyler”in gəlirləri 116 min manat (əvvəlki ilə nisbətən 29% çox), xərcləri 288 min manat təşkil edib.

31 dekabr 2023-cü il tarixinə broyler şirkətinin cəmi aktivləri 4 milyon 821 min manat olub ki, bu da 2022-ci ilə nisbətən 10% azdır. “Cəlilabad Broyler”in cəmi kapitalı 2 milyon 283 min manatdan 4 milyon 736 min manata çatıb, cəmi öhdəlikləri isə 3 milyon 76 min manatdan 85 min manata düşüb.

Xatırladaq ki, “Cəlilabad Broyler” ASC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 849 238 manatdır və qanuni təmsilçisi Elvin Gülmuradovdur.

Son xəbərlər
Digər xəbərlər