11 C
Baku
Wednesday, December 11, 2024

Cəlilabadda yetişdirilən 38 min tondan çox kartofun 30 mindən çoxu xarici bazarlara göndərilib

Cəlilabad rayonunda bir aydan çoxdur ki, sahələrdə yetişdirilən kartof məhsulunun yığımı davam edir.

Fermerlər bildiriblər ki, məhsul Rusiya bazarları ilə yanaşı, Gürcüstan, Moldava və Ukraynaya da ixrac olunur.

Hazırda kartofun kiloqramı onlardan 40-60 qəpiyə alınır.

Fermerlər qeyd edib ki, məhsulun alış qiyməti bu il normaldır.

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu günə qədər təsərrüfatlarda istehsal olunan 38 min tondan çox məhsulun 30 mindən çoxu xarici bazarlara göndərilib.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 3 min hektar sahədə kartof əkilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər