8 C
Baku
Wednesday, December 25, 2024

Cəlladlar…

1. Cəlladın ənənəvi baş örtüyü uydurmadır. Əslində cəlladlar öz üzlərini gizlətmirdilər. Orta əsrin bəzi krallarının edamı istisna hal təşkil edir.

2. Cəlladın nigah bağlamaq hüququ var idi.

3. Cəllad edam etdiyi insanlara görə əmək haqqı alırdı.

4. Cəllad bazarda ərzaqları havayı götürə bilərdi. Bu qanun ona görə qüvvəyə minmişdi ki, cəllad bazarda istədiyi ərzaqı götürə bilsin, çünki heç kəs cəlladın əlindən pul götürmək istəmirdi.

5. Orta əsrlərdə cəllad şeytan çıxarma ilə məşğul olurdu (yəni ki, insanların bədəninə girmiş cini qovurdular). Məsələ ondadır ki, bədəndən cin çıxartmağın ən etibarlı üsulu işğəncə hesab edilirdi. İnsanlara ağrı verərək cəlladlar cinə işgəncə etdiklərini və bununla onu insanın bədənini tərk etməyə məcbur etdiyini hesab edirdi.

6. Kilsədə cəllad hər kəsdən arxada, qapıda dayanmalı idi.

7. Fransada qadın cəlladlara da rast gəlmək olardı. 1264-cü ildə Müqəddəs Lüdovikin dərc etdiyi qanunda deyilirdi: «qanuna zidd hərəkət edən şəxs məhkəmə qərarı ilə öz həmcinsi tərəfindən qamçı ilə vurulacaq, yəni, kişi kişi tərəfindən, qadın isə qadın tərəfindən».

8. Əgər cəllad «təqaüdə» gedirdisə, o, öz yerinə başqa namizəd təklif etməli idi.

9. Sosial statusuna görə cəllad cəmiyyətin aşağı təbəqələsinə aid idi, fahişələr və aktyorlar kimi. Hətta cəllada təsadüfi toxunmaq belə insanlara pis təsir edirdi.

10. Cəllad çox vaxt yerli əhaliyə xidmətlər göstərirdi. O, cəsədləri və onlardan düzəldilmiş əşyaları, həmçinin edama aid detalları satırdı. “Şöhrət əli” (edam edilmişin qolu) və edam edilmişin asıldığı ip kimi əşyalardan tez-tez magiyaya və əlkimyaya aid kitablarda qeyd olunurdu.

Son xəbərlər
Digər xəbərlər