9 C
Baku
Saturday, January 11, 2025

Cəmi 4 saata yuxunu tam almağa imkan verən genetik mutasiya

Yuxu hələ də dünya elmi üçün müəmma olaraq qalır. Amma sirlərdən birinnin üstü açılıb, söhbət ondan gedir ki, bəzi insanlar hətta gün ərzində 4 saat yatsalar belə yuxularını tam almış olur və özlərini əla hiss edirlər. 

Buna görə məsuliyyət daşıyan genetik mutasiya vardır. Onun adı hDEC2-dir və o, “yuxu-oyaqlıq” dövrünün ardıcıllığını elə nizamlayır ki, yuxu dövrü cəmi 4 saata qədər azalır, amma buna baxmayaraq insan özünü dincəlmiş və yuxusunu almış kimi hiss edir.

Əksər insanlara isə özünü yaxşı hiss etmək və tam yuxusunu götürmək üçün 2 dəfə daha çox vaxt tələb olunur. Dörd saat yuxu ilə kifayətlənən məşhur insanlar sırasında isə (bunu öz iddialarına əsasən demək olur) Marqaret Tetçer, ceyms Franko, Marte Styuart və s adını qeyd etmək olar. Bir dəfə intervü zamanı Tina Kandelaki bəyan edib ki, o, sutkanın yalnız dörd saatını yuxaya sərf edir. Ola bilsin ki, o da hDEC2 daşıyıcısıdır.

Son xəbərlər
Digər xəbərlər