1 Aprel tarixində ölkədə fəaliyyət göstərən cəmi bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı artıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin birinci rübündə BOKT-ların nizamnamə kapitalı 2.59mln manat və yaxud 3% artıb.
Həmçinin BOKT-ların aktivlərində də artım müşahidə olunub. Belə ki, ötən rüb ilə müqayisədə cəmi BOKT-ların aktivləri 62.51 mln manat və yaxud 9.6% artıb.
İlin birinci rübünə olan BOKT-ların filiallarının sayı isə dəyişməz qalaraq, 224 ədəd təşkil edib.