“Abşeron-Ticarət LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilir.
Banker.az-ın məlumatına görə, şirkət “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur.
“PMD GROUP” MMC “Abşeron-Ticarət LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
“Abşeron-Ticarət LTD” 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 5 930 064 manatdır və qanuni təmsilçisi Cəmil Muradov Tahir oğludur.
Onu da qeyd edək ki, Cəmil Muradov Tahir oğlu “Gilan Holding” MMC-yə rəhbərlik etmişdir. Sonra onu bu vəzifədə Mübariz Hüseynov Əhmədağa oğlu əvəzləyib.
Xatırladaq ki, “PMD Group” isə “PAŞA Holdinq” MMC-nin törəmə strukturudur. 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.