6 C
Baku
Monday, December 16, 2024

“Cəmiyyətin mənim puluma ehtiyacı var” – Niyə Uorren Baffet dünyanın ən varlı adamı deyil?

Dünyanın ən zəngin insanlarından biri olan Uorren Baffetin 20 il əvvəl verdiyi mühüm qərar olmasaydı, o, dünyanın ən varlı adamı ola bilərdi. Amerikanın “Forbes” jurnalına görə, investorun sərvəti bu gün 293 milyard dollar təşkil edərdi ki, bu da planetin ən varlı adamı İlon Maskın sərvətindən 41 milyard dollar çoxdur.

Uorren Baffet 2006-cı ildə bütün sərvətini ianə edəcəyini vəd edib. O vaxtdan bəri Buffett xeyriyyəçilik üçün səhm şəklində 55 milyard dollardan çox pul bağışlayıb. Hazırda “Forbes” onun sərvətini 128 milyard dollar dəyərində qiymətləndirir.

Bəs tarixin ən böyük xeyriyyəçisi “Berkshire Hathaway”in bütün səhmlərini özündə saxlamağa qərar versəydi, onda necə?

O, sərvəti 252.4 milyard dollar olaraq qiymətləndirilən planetin ən varlı adamı İlon Maskdan təxminən 41 milyard dollar daha zəngin olardı. Planetin ikinci ən varlı adamı Ceff Bezosu 77 milyard dollar, Bernard Aronu isə 102 milyard dollar qabaqlayardı.

Başqa sözlə, Uorren Baffet qazancını paylamağa qərar verməsəydi, asanlıqla dünyanın ən zəngin adamı olardı. İnvestorun ianələrinin böyük hissəsi Bill və Melinda Qeyts Fonduna (43 milyard dollar) edilib. O, ölənə qədər fondlara ianə etməyi davam etdirməyi planlaşdırır.

“Cəmiyyətin mənim puluma ehtiyacı var”, – deyə 1958-ci ildən Nebraska ştatının Omaha şəhərində yaşayan təvazökar Baffet 2021-ci ildə yazıb. O, tez-tez McDonald’s-a gedir və ödəniş üçün xırda pulundan istifadə edir.

Son xəbərlər
Digər xəbərlər