“Cənub Qaz Dəhlizi Bolqarıstanı və onun qaz-nəqliyyat sistemini bütün Mərkəzi və Cənub-Şərqi Avropa regionu üçün alternativ mənbələrdən qaz təchizatı infrastrukturunun vacib hissəsinə çevirəcək. Cənub Qaz Dəhlizi həm də Yunanıstanla Bolqarıstan arasında interkonnektorla birləşəcək. Bu layihə Bolqarıstana və Mərkəzi və Cənub-Şərqi Avropanın digər ölkələrinə Cənub Qaz Dəhlizinə çıxış imkanı təqdim edəcək. Bu, həm də Bolqarıstana “Şahdəniz-2” yatağından razılaşdırılmış illik 1 milyard kubmetr qaz almağa imkan verəcək. Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi ilə bağlı əsas məqsədlərindən biri Xəzər regionundan təbii qaz tədarükünün genişləndirilməsidir”.
Bu fikirləri Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirib.