12 C
Baku
Wednesday, December 11, 2024

“Cənub Qaz Dəhlizi” ilin ilk yarısında $727 milyona yaxın xalis mənfəət əldə edib

Azərbaycan qazının xaricə nəqlini həyata keçirən “Cənub Qaz Dəhlizi” QSC (Southern Gas Corridor) 2023-cü ilin ilk yarısında 726.6 mln. ABŞ dolları xalis mənfəət əldə edib. Ötən ilin müvafiq dövründə şirkət 39.13 mln. dollar zərər etmişdi.

Banker.az bunu dövlət şirkətinin yarımillik maliyyə hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, “Cənub Qaz Dəhlizi” ilk yarıda 1 milyard 391.42 mln. gəlir əldə edib və satışın maya dəyəri cəmi 245.12 mln. dollar təşkil edib.

Bu xalis mənfəətlərin ardından 1 iyul 2023-cü il tarixinə şirkətin kapital balansında 1 mlrd. 435.64 mln. dollarlıq bölüşdürülməmiş mənfəət var.

Azərbaycan Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” QSC-nin yaradılması haqqında sərəncam imzalamışdır. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılmışdır.

Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir.

CQD-nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.

1 1

Son xəbərlər
Digər xəbərlər