13 C
Baku
Friday, November 22, 2024

“Cənub Qaz Dəhlizi”nin istiqrazların emissiya prospektinə dəyişiklik edilib

“Cənub Qaz Dəhlizi” QSC-nin 2014-cü ildə buraxdığı 917 320 800 ABŞ dolları dəyərində istiqrazların LİBOR dərəcəsi beynəlxalq təcrübəyə əsəsən alternativ analoji dərəcə ilə əvəz edilib.

Bu barədə istiqrazları əldə etmiş Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) bildirilib.

Məlumata görə, buna səbəb maliyyə bazarlarında LİBOR dərəcəsinin dərc olunmasının və istifadəsinin bu il iyunun 30-dan dayandırılmasıdır.

Xatırladaq ki, söhbət hər hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 9 173 208 ədəd faizli, sənədsiz, təminatsız, adlı istiqrazlardan gedir. Səhmdar cəmiyyətinin Müşahidə Şurasının iyulun 4-nə qəbul etdiyi qərara əsasən, istiqrazların emissiya prospektinə dəyişiklik edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər