Əfqan İsayevin SOCAR-ın vitse-prezident kimi təyinatından sonra onun indiyə qədər vakant qalmış vəzifəsinə yeni təyinat olub.
Banker.az-ın əldə etdiyi məlumata görə, Fuad Sultanov Sultan oğlu “Cənub Qaz Dəhlizi” QSC-nin (South Gas Corridor) Baş direktoru təyin edilib.
2023-cü ilin yayına qədər bu vəzifədə Əfqan İsayev Elçin oğlu idi. O, qeyd edilən tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə SOCAR-ın vitse-prezidenti təyin olunub.
Fuad Sultanov buna qədər CQD-nin hüquq departamentinin direktoru kimi çalışıb.
Prezident 25 fevral 2014-cü il tarixində “Cənub Qaz Dəhlizi” QSC-nin Layihələr üzrə Dövlətə məxsus paylarının konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılması haqqında sərəncam imzalamışdır. CQD-nin nizamnamə kapitalının 51%-i dövlətə (İqtisadiyyat Nazirliyi), 49%-i isə SOCAR-a məxsusdur.
2022-cü il üzrə audit hesabatına əsasən, şirkət 2.65 mlrd. ABŞ dolları cəmi gəlirə qarşı 1.68 mlrd. dollar xalis mənfəət əldə edib.