8 C
Baku
Sunday, November 17, 2024

Cənubi Afrika Respublikası Azərbaycanda konsulluq açacaq

“Cənubu Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır”.

Bunu CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau “Report”un Ankara bürosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

Xanım səfir CAR-ın Bakıda fəaliyyətə başlayacaq konsulluq fəaliyyətinin Azərbaycanla ölkəsi arasında əlaqələrin daha da genişlənəcəyinə inandığını deyib.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib: “Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.

Son xəbərlər
Digər xəbərlər