Cənubi Afrika Respublikasının (CAR) maliyyə naziri Enok Qodonqvana ölkə iqtisadiyyatının ötən illə müqayisədə 0.6 faiz artdığını, növbəti üç il ərzində isə artımın 1.6 faizə çatacağını proqnozlaşdırıb.
Nazir bu rəqəmləri CAR-ın 2024-cü il üçün büdcə layihəsi ilə bağlı çıxışında deyib. Enok Qodonqvana yaxın vədəli iqtisadi artımı əmtəə qiymətlərinin ucuzlaşması və struktur məhdudiyyətləri ilə əlaqələndirib.
O, ölkənin iqtisadi artımına mənfi təsir göstərən problemləri həll etmək üçün geniş islahatlara başlanıldığını, buraya energetika, logistika, telekommunikasiya və digər sahələrdə struktur dəyişikliklərinin daxil olduğunu bildirib.