9 C
Baku
Sunday, November 17, 2024

Cənubi Koreya çip istehsalına rekord məbləğ ayırıb

Cənubi Koreya çip istehsalına dəstək olaraq rekord 26 trilyon von (19 milyard dollar) ayırdığını elan edib.

Prezident Yun Sok Yol Dövlət İnkişaf Bankı vasitəsilə 17 trilyon von (12.5 milyard dollar) məbləğində maliyyə dəstəyi proqramının planlaşdırıldığını bildirib.

“Hamımızın bildiyi kimi, yarımkeçiricilər total milli müharibənin getdiyi bir sahədir. Qələbə və ya məğlubiyyət kimin qabaqcıl yarımkeçiricilər yarada biləcəyindən asılıdır”, – deyə Cənubi Koreya Prezidenti ən yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşdə qeyd edib.

Bundan əvvəl Cənubi Koreya sahibkarları hökuməti yerli texnologiya sənayesini dəstəkləməyə çağırıb. Çünki ABŞ və Çin texnologiyanın inkişafı üçün artıq milyardlarla dollar ayırıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər