0 C
Baku
Saturday, February 22, 2025

Cənubi Koreya “DeepSeek”i bloklayıb

Cənubi Koreya hakimiyyəti Çinin süni intellektlə işləyən “DeepSeek” çat-botunun öz ərazisində istifadəsini müvəqqəti olaraq bloklayıb. Bloklanmanın müddəti hələ dəqiqləşdirilməyib.

Bu barədə fərdi məlumatların mühafizəsi üzrə dövlət komissiyası qərar qəbul edib. Səbəb kimi “məlumatların idarə edilməsi ilə bağlı narahatlıq” göstərilir.

Xatırladaq ki, bundan əvvəl Cənubi Koreya aparıcı enerji şirkətləri “Korea Hydro & Nuclear Power” və “KEPCO KPS” əməkdaşlarının “DeepSeek”dən istifadəsini qadağan etmişdi.

Son xəbərlər
Digər xəbərlər