Dünya iqtisadiyyatı üçün qırmızı siqnal: Cənubi Koreyadan ixracat demək olar ki, 22% azalıb – bu son on ildəki ən güclü enişdir. Bu çox vacibdirmi?
Banker.az xəbər verir ki, beləliklə, sentyabr ayında Cənubi Koreyadan Çinə ixracat demək olar ki, 30%, ABŞ-a 20,7%, Avropaya təqribən 13%, Yaponiyaya isə 13,5% azalıb.

Mövcud iqtisadi vəziyyət yalnız fond indekslərinə təsir göstərməyib.
Maraqlıdır ki, Cənubi Koreyanın milli valyutası zəifləsə də, sonra əvvəlki qiymətinə qayıtdı.

Gərginliyi gücləndirən digər məsələ Yaponiya və Cənubi Koreya arasında olan mübahisələrdir.
Xatırladaq ki, avqust ayında Cənubi Koreya Yaponiyanı “ağ siyahı” dan çıxarmaq niyyətində olduğunu bildirmişdir.









